HAKİMİYYƏT BÖLGÜSÜ

(müxtəlif mənbələrdə, -bu ya “prinsip” ya “nəzəriyyə” və ya “doktrina” adlanır) bu, dövlət daхilində hakimiyyətin qarşılıqlı nisbət prinsipidir. Dövlətin, düzgün, effektiv fəaliyyət göstərməsi üçün, bütün hakimiyyətin bir mərkəzdə cəmləşdirilməməsi və ondan suiistifadəyə yol verilməməsi üçün biri-birindən asılı olmayan Qanunverici, İcra və Məhkəmə hakimiyyətləri mövcud olmalıdır. Beləliklə, dövlət hakimiyyətinin hər bir subyektinin azadlığını və sərbəstliyini təmin edən xüsusi mexanizm yaradılır. Dövlət hakimiyyəti orqanları-dövlət funksiyalarını və məsələlərini öz səlahiyyətləri çərçivəsində həyata keçirmək məqsədi ilə, dövlət hakim səlahiyyətləri ilə təchiz edilmiş, dövlət məmurlarından ibarət olan (bəziləri bir şəxs tərəfındən, digərləri kolegial şəkildə idarə olunan), qanuni bərkidilmiş, təşkilati və təsərrüfatı baxımından təmin edilmiş, dövlət mexanizmin tərkib hissəsidir. Odur ki, H.B. prinsipinə müvafiq olaraq: Qanunverici Hakimiyyət-Parlament tərəfindən həyata keçirilir; İcra hakimiyyəti (Qanunları icra edən hakimiyyət) - ya Prezidentə və yaxud (Parlamentarizm şəraitində) Baş Nazirə mənsubdur; Məhkəmə Hakimiyyətini isə, ədalət mühakiməsi yolu ilə - Məhkəmələr həyata keçirirlər. Yuxarıda sadalanan institutlar (subyektlər) - dövlətin Ali hakimiyyət orqanları sisteminə aiddirlər, onlardan savayı Mərkəzi hakimiyyət orqanları sisteminə: (Prezident Respublikası İdarəetmə Forması şəraitində) - Nazirlər Kabineti, Nazirliklər, Komitələr, Mərkəzi İdarələr, Milli və ya Mərkəzi Bank, Komissiyalar, Departamentlər və s. aiddirlər, onlardan savayı Yerli hakimiyyət orqanları sisteminə, dövlət quruluşundan asılı olaraq, Muxtar Respublika, Ölkə, Vilayət, Ştat, Konton, Quberniya, Ostan, Rayon və s. müvafiq qurumlar daxildirlər. Xüsusilə qeyd etmək labüddür ki, Bələdiyyələr müəyyən hakim səlahiyyətlərə malik olsalar da, onlar dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər, onlar “yerli özünüidarə” orqanları adlanır. Antik və orta əsr alimləri (Aristotel və s.) irəli sürdükləri “H.B.” ideyasım XVIII əsrin ortalarında C.Lokk və Ş.Monteskye müstəqil təlim şəklinə salmışdırlar. “H.B.” ilk dəfə 1787 ABŞ Konstitutiyasında və Böyük Fransa inqilabının (1789-94) Konstitutsiya aktlarında ifadəsini tapdı. Azərbaycan Respublikası da, “H.B.” prinsipini rəhbər tutur.
HAKİMİYYƏT
HAKİMİYYƏT NÜMAYƏNDƏSİ
OBASTAN VİKİ
Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi "Qanunların ruhu" adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə "İngilis Konstitusiyası" adlı əsərində "məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir" şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır. Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur. Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib.
Hakimiyyət
Hakimiyyət — hər hansı üsulla (iradə, nüfuz, hüquq, zorakılıq, dövlət qurumları sistemi) ayrı-ayrı fərdlərin və ya qrup üzvlərinin insanların davranışına, fəaliyyətinə təsir göstərmək imkanı, müəyyən məqsədə çatması və maraqlarını reallaşdırmaq qabiliyyətidir. Hakimiyyət istənilən insan münasibətlərinin ayrılmaz hissəsidir. Cəmiyyətdə bir çox konfliktlər hakimiyyət uğrunda mübarizə üzündən baş verir, çünki fərdlərin və ya qrupların öz maraqlarını təcrübədə reallaşdırmaq imkanı hansı səlahiyyətə malik olmalarından asılıdır. Hakimiyyətin bir hissəsini qadınlara vermək üçün cəmiyyətdə səlahiyyətlərin yenidən bölünməsi, həmçinin, xarakterinin dəyişdirilməsi feminizmin əsas məqsədlərindən biridir. Qadınların bərabər hüquqlar əldə etmək uğrunda uzun mübarizəsi onların siyasi hakimiyyətə daxilolmaya nail olmasına aydın misaldır. Eyni zamanda, yalnız hakimiyyəti kişilərlə bölüşmək ideyası deyil, həm də onun dəyərini, ümumiyyətlə, şübhə altına almaq ideyası inkişaf edir. 1985-ci ildə Nayrobidə keçirilən Qadınların Vəziyyətinə dair III Ümümdünya Konfransından sonra qadın maraqlarının ön plana çəkilməsinin siyasi strategiya əlaməti kimi müxtəlif mənbələrdə qadın imkanlarının genişlənməsi və ya qadın nüfuzunun artması "empowerment" anlayışı kimi geniş vüsət tapdı. Bu dövrün konsepsiya müəllifləri hakimiyyəti sosial fəallığın geniş imkanları vəsait mənbələrinə nəzarət etmək hüququ, qərarlar qəbul etmək imkanı, bütün fəaliyyət sferalarında və səviyyələrində transformasiya potensialına sahib olmaq kimi müəyyənləşdirirlər.
Qanunverici hakimiyyət
Qanunverici hakimiyyəti — qanun sahəsində hakimiyyət. Hakimiyyət bölgüsü olan dövlətlərdə, hakimiyyətin bu tipi xüsusi olaraq qanun qəbulu ilə məşğul olur. Qanunverici orqan səlahiyyətlərinə hökumətin təsdiqi, qanunların qəbulu və ona dəyişikliklərin edilməsi, dövlət büdcəsini təsdiqi, beynəlxalq müqavilə və sazişlərin təsdiqi, müharibə elan edilməsi daxildir. Müxtəlif ölkələrdə müxtəlif adla adlansa da ümumi adı — parlamentdir. Qanunverici orqanlar xüsusi hüquqa malik olan və qanunları qəbul etmək səlahiyyətində olan dövlət hakimyyətinin ali orqanları. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları, 2009, 201 s.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
İcraedici hakimiyyət
İcraedici hakimiyyət — dövlət hakimiyyətinin üç müstəqil qolundan biri, dövlət qanunlarına tabedir. İcraedici hakimiyyət dövlət işinin idarə edilməsini həyata keçirən dövlət orqanları sistemidir.
Xarizmatik hakimiyyət
Xarizmatik hakimiyyət — alman sosioloqu Maks Veber tərəfindən işlənib hazırlanmış liderlik anlayışıdır. Bura hakimiyyətin liderinin xarizmasından qaynaqlandığı təşkilat növü və ya rəhbərlik növü daxildir. Xarizmatik hakimiyyət digər iki hakimiyyət növləri — qanuni hakimiyyət və ənənəvi hakimiyyətdən fərqlidir. Üç növün hər biri Maks Veberin hakimiyyətin üçtərəfli təsnifatının bir hissəsini təşkil edir. "Xarizma" — qədim yunan terminidir və I-ci əsrdə Müqəddəs Pavelin yeni yaranmaqda olan xristian icmalarına yazdığı məktublar vasitəsilə populyarlıq qazanmışdır. Bu kontekstdə o, ümumiyyətlə, Kilsənin ilk rəhbərləri daxilində Allahın səlahiyyətini nümayiş etdirən ilahi mənşəli “hədiyyə”yə istinad edirdi. Maks Veber bu teoloji anlayışı götürdü və ümumiləşdirdi, onu ardıcılların aid etdiyi bir şey kimi nəzərdən keçirdi və bununla da onu siyasi, hərbi, məşhur və qeyri-xristian dini kontekstlərə tətbiq edən sosioloqların istifadəsinə açdı. İstifadə olunan digər terminlər "xarizmatik hökmranlıq" və "xarizmatik liderlik"dir. Xarizmatik hakimiyyətdə əmrlər yerinə yetirilir, çünki liderin davamçıları və ya şagirdləri onun xüsusi xarakterinə əmindirlər. Xarizmatik hakimiyyət liderin malik olduğu qeyri-adi qabiliyyətlərinə əsaslanır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Beşinci hakimiyyət (film)
"Beşinci hakimiyyət" — "WikiLeaks" saytının rəhbəri Culian Assanj haqqında 2013-cü ildə çəkilmiş film. Film dünya kino prokatına 2013-cü il sentyabrın 5-də verilmişdir. == Məzmun == Film Culian Assanjın gizli yazışmalarını öz saytında necə dərc etmək fikrinə gəldiyi və ABŞ hökumətinin buna necə reaksiya verməsindən bəhs edir. Filmin əsas epizodlarında Culian Assanjın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer almışdır. == Reaksiyalar == Filmdə Culian Assanjla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olmuşdur. Culian Assanjın özü isə filmin çəkilməsinə qarşı çıxmışdır. O, filmdə öz obrazının təkəbbürlü verildiyini bildirmişdir.
Beşinci hakimiyyət (film, 2013)
"Beşinci hakimiyyət" — "WikiLeaks" saytının rəhbəri Culian Assanj haqqında 2013-cü ildə çəkilmiş film. Film dünya kino prokatına 2013-cü il sentyabrın 5-də verilmişdir. == Məzmun == Film Culian Assanjın gizli yazışmalarını öz saytında necə dərc etmək fikrinə gəldiyi və ABŞ hökumətinin buna necə reaksiya verməsindən bəhs edir. Filmin əsas epizodlarında Culian Assanjın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer almışdır. == Reaksiyalar == Filmdə Culian Assanjla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olmuşdur. Culian Assanjın özü isə filmin çəkilməsinə qarşı çıxmışdır. O, filmdə öz obrazının təkəbbürlü verildiyini bildirmişdir.
İsrail Krallığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.
İsrail padşahlığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.
Ermənistanın inzibati bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Estoniyanın inzibati bölgüsü
Estoniya maakond adlanan (est. maakond) 15 bölgəyə bölünür.
Finlandiyanın inzibati bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Fransanın inzibati bölgüsü
Fransanın inzibati bölgüsü — Fransanın institusional və inzibati coğrafiyasıdır. Dövlət strukturunun islahatının son illərində, metropoliya (qitənin ərazisi) inzibati bölgüsü və Fransanın xarici mülkiyyətində dəyişikliklər baş vermişdir: Bəzi kommunalar nəqliyyat, məkan planlaması və s. mövzularda qarşılıqlı əlaqə üçün dövlətlər arası əməkdaşlıqda (EPCI — Établissement public de coopération intercommunale) birləşirlər. Fransa dənizaşırı regionlarıda inzibati bölgüsü var.
Gürcüstanın inzibati bölgüsü
Gürcüstanın inzibati bölgüsü — Gürcüstanda muxtar respublikalar (gürc. ავტონომიური რესპუბლიკა), regionlar (gürc. რეგიონი) və bələdiyyələr (gürc. მუნიციპალიტეტი) mövcuddur. Gürcüstan, sərhədləri qanunla 1991-ci ilin Dekabr ayının 21-də vəziyyətə uyğun olaraq təyin olunan bir unitar dövlətdir. Gürcüstan, iki Muxtar Respublikanı (gürc. ავტონომიური რესპუბლიკა), Acarıstan və Abxaziyanı ehtiva edir. Cənubi Osetiyanın köhnə, SSRİ dövrü muxtar varlığı, indi Gürcüstanın de-fakto yurisdiksiyası altında deyil və Gürcüstanın ərazi tənzimləməsində qəti bir konstitusiya statusu yoxdur. Gürcüstan torpaqları hazırda ümumi 76 bələdiyyəyə (gürc. მუნიციპალიტეტი) bölünmüşdür.
Gəncənin inzibati bölgüsü
Gəncənin inzibati bölgüsü — Gəncə şəhərinin inzibati bölgüsü hal-hazırda qəsəbələrdən ibarətdir. Gəncə şəhərinin indiyədək 3 şəhər rayonu olmuşdur. == Haqqında == Gəncə şəhərinin 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır. 2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.
Kolumbiyanın inzibati bölgüsü
Kolumbiyanın inzibati bölgüsü — Kolumbiya 1991-ci il Konstitusiyası ilə təsis edildi və 2 iyun 1994-cü il tarixli 136 saylı qanuna əsasən dəyişdirildi. İnzibati ərazi bölgüsünün üç səviyyəsi vardır. İdarəedici departamentlərin birinci səviyyəsinə rayonun paytaxtı Boqota, ikincisi isə bələdiyyələr aid edilir.
Latviyanın inzibati bölgüsü
== Latviyanın diyarları ==
Macarıstanın inzibati bölgüsü
Macarıstan ərazisi 7 regiona bölünür, regionlar isə medyelərə bölünür . 2013-cü il yanvar ayının 1 qədər medye bölgələrə və ya kişterşeqilərə (kistérség) ayrıldı. Hal-hazırda, Macarıstan 7 regiona, regionlar isə 19 medyeyə bölünür, medyələr isə — 175 yaraşlara (rayon) (járás), yaraşlar — icmalara bölünüb. Bundan başqa, Macarıstanın (Budapeşt, Debretsen, Mişkolç, Seqed, Peç və Dyör) böyük şəhərləri respublikaya tabedir. Yerli rəhbərliklər seçkilər vasitəsilə formalaşan bələdiyyə başçılarını və icmalarını təmsil edir. Vəzifə müddəti 4 ildir. == Regionlar == == Medye == Macarıstan 19 medyeyə (bölgə) və şəhərə bölünür, medye berabər — Budapeşt.
Monqolustanın inzibati bölgüsü
Monqolustan inzibati ərazi bölgüsü - Monqolustan Respublikası 21 Aymakdan (əyalət) (monq. аймаг) və 1 hotdan ibarətdir. Hər bir aymaq sumlara (rayon) bölünür. Monqolustanda ümumilikdə 315 sum var. Ölkənin paytaxtı Ulan-Bator əyalət statusu ilə ayrıca idarə olunur. Monqol dilində bu idarə ərazi hot adlanır. Çində Mancuriyanın dağılmasından sonra Xarici Monqolustan ərazisi Çovd, Jassaktu, Tuşeti və Setsen xanlıqlarına bölündü. 1921-ci il İstiqlal bəyannaməsindən sonra Aleksa, Ordos, Şilin gol v Cirim Şin əraziləri Monqolustanda qalmasına baxmayaraq Tıva müstəqil respublika oldu. Mövcud ərazilərdə yeni Monqolustan Xalq Respublikası təsis edilir. 1941-ci ildə Rusiya-Yaponiya müharibəsindən sonra Arxanqay, Çoybalsan, Dornoqov, Zavxan, Xentiy, Xovd, Xövsqöl, Ömnöqov, Övörxanqay, Tov və Üvs aymakları yaradıldı.
Monteneqronun inzibati bölgüsü
Monteneqro
Mordoviyanın inzibati bölgüsü
Mordoviya Respublikasının Konsitutsiyası və "Mordoviya Respublikası İnzibati-Ərazi quruluşu məsələlərin həlli proseduru haqqında" qanuna əsasən Rusiya Federasiyasının subyekti aşağıdakı inzibati-ərazi vahidlərə bölünür: 3 respublika əhəmiyyətli şəhər (Saransk, Ruzayevka, Kovılkino). 22 rayon daxildir 342 kənd sovetliyi, 4 rayon əhəmiyyətli şəhər: (Ardatov, İnsar, Krasnoslobodsk, Temnikov), 13 işçi qəsəbə. Mordoviyanın inzibati mərkəzi Saransk şəhəridir. Mordoviya Respublikası bələdiyyə strukturunun tərkibinə inzibati-ərazi vahidləri sərhədləri daxilində 1 yanvar 2018-ci ilədək 377 bələdiyyə daxildir, o cümlədən: 1 şəhər dairəsi, 22 rayonlar, hansıki daxildir: 16 şəhər tipli yaşayış məntəqəsi, 338 kənd tipli yaşayış məntəqəsi. Mordoviyanın ayrı bir inzibati vahid olaraq 1928-ci ildə, orta Volqa vilayəti Mordoviya dairəsi kimi təşkil edilir. İlk əvvəllər dairə 23 rayona bölünürdü: Ardatovski, Atyaşev, Açadov, Bednodemyanov, Duben, Elnikov, Zubovo-Polyan, İnsar, Kovılkin, Kolzov, Koçkurov, Krasnolobod, Narovçat, Romodanov, Ruzayev, Rıbkin, Saransk, Staroşayqov Talızin, Temnikov, Tenquçev, Torbeev və Çamzin. 1930-cu ildə Mordoviya dairəi Mordoviya Muxtar Vilayətinə çevrilir. Bununla belə Bednodemyanov və Narovçat rayonları Penzen dairəsinə verilir. Arzamas dairəsindən isə İçalkov rayonu Mordoviya MV birləşdirilir. Üstəlik Talızin rayonun adı İqnatov olaraq dəyişdirilir.
Qazaxıstanın inzibati bölgüsü
Qazaxıstanın inzibati bölgüsü — Qazaxıstan Respublikası inzibati cəhətdən 14 vilayət və 2 respublika tabeli şəhərdən ibarətdir. Üstəlik digər respublika tabeli Baykonur şəhəri 2050-ci ilə qədər Rusiya Federasiyasına icarəyə verilmişdir. Faktiki olaraq isə şəhər həm də Rusiyanın respublika tabeli şəhəridir. İkinci səviyə üzrə Qazaxıstanın 160 kənd rayonu, 11 şəhər rayonu və 38 şəhərdən ibarətdir. Üçüncü səviyə üzrə 46 şəhər, 6 şəhər rayonu, 241 qəsəbə və 2453 kənd dairəsindən ibarətdir. XX əsrin əvvəllərinə olan inzibati bölgü: Özxəzər vilayəti Ural vilayəti Turqay vilayəti Akmola vilayəti Semipalat vilayəti Semireçnaya vilayəti Sırdərya vilayəti Bukeev Orda Həştərxan vilayəti ərazisinə dail idi. 1920. Qırğızstan MSSR (1920–1925) təşkil edilir və mərkəzi Orenburq şəhəri olur. 1925. Qırğızstan MSSR Qazax MSSR olaraq adlandırılır və mərkəzi Qızıl-Orda olur.
Rumıniyanın inzibati bölgüsü
İnzibati olaraq Rumıniya 41 judetstlərə, 256 bələdiyyə və 2,686 kommuna bölünür. Rayonlar mərkəzi hökumət tərəfindən təyin edilmiş prefektlərlə idarə olunur, lakin 2006-cı ildən etibarən partiyasız olmalıdır. İstisna Buxarest bələdiyyəsidir. 1059/2003 saylı Avropa İttifaqının Nizamnaməsinə əsasən, Rumıniya ərazisi inzibati-ərazi vahidləri olmayan 8 inkişaf etmiş regiona bölünür, lakin yalnız ölkənin statistik hissələridir. Kommunalar öz inzibati mərkəzləri olmayan kəndlərə bölünür. Rumıniyada ümumi sayı 13092 kənd mövcuddur.